20 yaşlı fransızdan inanılmaz məhsuldarlıq
29.09.2016 - 02:11
"Seltik"in forvardı Mussa Dembele möhtəşəm məhsuldarlıq nümayiş etdirir. Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu sentyabr ayında meydana çıxdığı 6 oyunda 7 dəfə fərqlənib.
Gənc ulduz "Old Firm" derbisində ("Seltik" - "Reyncers") het-trik etməklə yanaşı, Çempionlar Liqasında da "Mançester Siti"yə qarşı dubla imza atıb.
Qeyd edək ki, “Fulhem”də çıxışları ilə tanınan fransız oyunçu bu mövsümdən Şotlandiya təmsilçisinə transfer olub.
0
0