Topaz Premyer Liqasının X turunun “Zirə” - “Kəpəz” oyununun hakimi İnqilab Məmmədov mövsümdə 4-cü dəfə baş hakim kimi meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 30-da baş tutacaq görüşün referisi Premyer Liqada iki, Azərbaycan kubokunda 1 qarşılaşmada fit çalıb.
Onun idarə etdiyi hər iki çempionat matçı AZAL-ın iştirakı ilə keçirilib. Autsayder V turda “Qəbələ”, VII turda “Sumqayıt”ın qonağı olub. Bu matçlarda qonaqlar qələbəyə həsrət qalıb.
İlk görüşdə meydan sahiblərinin 3:0 hesablı qələbəsini qeydə alan referi Sumqayıtda qollu heç-heçəyə şahid olub – 1:1. Qırmızı vərəqə və penalti qərarları verməyən Məmmədov 10 xəbərdarlıq edib.
2 dəfə meydan sahiblərin cəzalandıran referi hər iki matçda AZAL-ın 4 üzvünə sarı vərəqə verib. Bununla da “təyyarəçilər”in iki dəfə 800 manat cərimələnməsinin səbəbkarı olub.