Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilin son matçında “Lokomotiv”lə “Telekom” üz-üzə gəlib.
Dekabrın 22-dən təxirə salınan qarşılaşma “Azərreyl” Voleybol Mərkəzində təşkil olunub. Qarşılaşmada Zoran Qayiçin yetirmələri aşkar favorit hesab edilirdi. Ehtimallar özünü doğruldub.
Hərçənd ki, ilk setdə “dəmiryolçular” azarkeşləri təəccübləndirib. Mövsümdə yalnız Gürcüstan yığmasından 3 set alan Vüqar Əliyevin yetirmələri vitse-çempionu ilk hissədə məğlub edib. Lakin “rabitəçilər” “Lokomotiv”in üstünlüyünün çox çəkməsinə imkan verməyib. Ardıcıl 3 setdə qələbə qazanan Zoran Qayiçin yetirmələri xal itirmədən oyunu hesablarına yazıb.
Beləliklə, “Telekom” zirvədəki yerini möhkəmləndirib. Fasiləyə qış çempionu kimi yollanan komanda əsas rəqibi “Azərreyl”i 2 xal qabaqlayır.
28 dekabr
VI tur
“Lokomotiv” - “Telekom” - 1:3 (25:23, 19:25, 20:25, 13:25)
Voleybol Mərkəzi
Telekom |
7 |
7 |
0 |
21-8 |
677-543 |
18 |
Azərreyl |
7 |
5 |
2 |
19-8 |
622-491 |
16 |
Azəryol |
7 |
3 |
4 |
14-12 |
569-511 |
10 |
Lokomotiv |
7 |
1 |
6 |
4-18 |
346-533 |
3 |
Gürcüstan |
4 |
0 |
4 |
0-12 |
164-300 |
0 |