[b]“Hansı pillə uğrunda oynamağımız böyük əhəmiyyət kəsb etmir”[/b]
16.01.2017 - 00:10
[b]“Hansı pillə uğrunda oynamağımız böyük əhəmiyyət kəsb etmir”[/b]

“Nəhayət, turnirdə ilk qələbəmizi qazandıq, hərçənd qrupdakı oyunların üçündə də qalib gəlməliydik”. Apasport.az saytının məlumatına görə, bu sözləri U-19 millimizin baş məşqçisi Təbriz Həsənov deyib.

 

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirin 9-16-cı yerlər uğrunda matçında İranla qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb.

 

Oyundan sonra baş məşqçi fikirlərini bölüşüb: “Bu gün əvvəlki oyunlarda olduğu kimi baxımlı oynamadıq. Çoxlu top itkisinə yol verdik, müəyyən epizodlarda qarışıqlıq yaranırdı, amma bütün bunlar anlaşılandır: komanda ardıcıl qələbə qazana bilməyəndə uşaqlarda tərəddüd, inamsızlıq yaranır. Rəqib yaxşı müdafiə olunur və pressinq tətbiq edirdi. Artıq bizim üçün hansı pillə uğrunda oynamağımız böyük əhəmiyyət kəsb etmir, əsas özünəinamı qaytarıb öz futbolumuzu oynaya bilməkdir”.

0