Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Gürcüstan yığması III dövrənin son qarşılaşmasında “Lokomotiv”lə üz-üzə gəlib.
Autsayderlərin görüşündə Vüqar Əliyevin yetirmələri qələbə qazanıblar. Onlar ilk 2 dövrədə olduğu kimi gürcülərdən yenə 3 xal alıblar.
Belə ki, birinci seti 12 top fərqi ilə qalib gələn voleybolçularımız ardınca üstünlüyü əldən verib - 1:1. Lakin 3-cü və 4-cü hissələrdə daha yaxşı oyun nümayiş etdirən "Lokomotiv" matçı aktivinə yazıb.
Beləliklə, Gürcüstan millisi növbəti 4 oyununu xalsız bitirərək, bu gün Bakıdan Tiflisə yollanacaqlar.
27 fevral
“Lokomotiv” – Gürcüstan - 3:1 (25:13, 20:25, 25:16, 25:12)
“Azərreyl” Voleybol Mərkəzi
I dövrə: “Lokomotiv” – Gürcüstan – 3:0 (25:22; 25:17; 25:21)
II dövrə: Gürcüstan – “Lokomotiv” - 1:3 (25:20, 11:25, 18:25, 16:25)
Komanda |
O |
Q |
M |
S/F |
T/F |
X |
Telekom |
13 |
12 |
1 |
36-15 |
1194-943 |
32 |
Azərreyl |
12 |
9 |
3 |
33-11 |
1014-774 |
29 |
Azəryol |
13 |
7 |
6 |
27-18 |
1003-873 |
22 |
Lokomotiv |
12 |
3 |
9 |
10-29 |
680-895 |
9 |
Gürcüstan |
12 |
0 |
12 |
3-36 |
557-963 |
0 |