[b]“Neftçi” – “Qarabağ” matçının başlama saatı açıqlandı[/b]
22.03.2017 - 16:53
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmalar martın 30-da baş tutacaq.
Əvvəlcə saat 17:00-da “İnter”lə “Qəbələ” meydana çıxacaqlar. 19:30-da isə “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Hər iki görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar
30 mart (cümə axşamı)
17:00. “İnter” – “Qəbələ”
“İnter Arena”
19:30. “Neftçi” – “Qarabağ”
“Bakcell Arena”
0
0