[b]Premyer Liqanın tərəqqi qrafiki: 8 ildə 73 pillə[/b]
06.04.2017 - 11:29
[b]Premyer Liqanın tərəqqi qrafiki: 8 ildə 73 pillə[/b]

Azərbaycan Premyer Liqası dünyanın ən yaxşı çempionatlarının reytinq siyahısında növbəti irəliləyişinə nail olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısında 33-cü olan çempionatımız ən yüksək nəticəsini qazanıb.

 

2015-ci ildə 38-ci olan liqamız 5 pillə irəliləyib. Həmin vaxt 1 pillə geriləyib, rekord mövqeyi olan 37-ci yeri tutan çempionatımız 2 il əvvəlki nəticəsini də yaxşılaşdırıb.

 

Bununla, çempionatımız ardıcıl 3-cü dəfə ən yaxşı 40, 5-ci dəfə ən yaxşı 50 liqa arasında qərarlaşıb.

 

2007-ci ildə “100-lüy”ə daxil olan, növbəti il oranı tərk edib. 2008-ci ildəki göstərici son 10 ilin ən zəif nəticəsi hesab olunur. Həmin vaxt 106-cı olan çempionatımız 8 il ərzində 73 pillə inkişaf edib.

 

il

yer

2007

100

2008

106

2009

98

2010

86

2011

98

2012

84

2013

43

2014

37

2015

38

2016

33

 

 

 

0