Qadın voleybolçular arasında İtaliya A seriyasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarımfinala gedən yolda Azərbaycan millisinin oyunçusu Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Gonegliano”nun qonağı olub.
Evdə 3:2 hesabı ilə qələbə qazanan Firentse təmsilçisi bu qarşılaşmaya da yaxşı başlayıb. Onlar ilk seti qazandıqdan sonra ikinci hissəni də aktivlərinə yazmağa yaxın olsalar da, bunu bacarmayıblar. A seriyasının çempionu matçdan 3:1 (20:25, 27:25, 25:18, 25:16) hesablı qələbə ilə ayrılıb.
Beləliklə, 2 oyunda komandalar hərəyə 1 qələbə qazandığından qalib 3-cü görüşdə bilinəcək.
Qeyd edək ki, Bayramova matçda 10 xal toplayıb.