[b]Millimiz qrupdan çıxıb, yarımfinalda Əlcəzairə rəqib oldu[/b]
15.05.2017 - 20:18
[b]Millimiz qrupdan çıxıb, yarımfinalda Əlcəzairə rəqib oldu[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan 4 matçdan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib.

 

Öncə B qrupunda görüşlər keçirilib. Türkiyə ilə matçda 3 top fərqi ilə önə keçən Fələstin bu üstünlüyünü qoruya bilməyib. İnanılmaz geridönüşə imza atan “ay-ulduzlular” özlərindən sonra rəqibin də qrupdan çıxmasına imkan verməyiblər. Digər qarşılaşmadan sülhlə ayrılan Əlcəzairlə Oman əl-ələ verib, qrup səddini aşıblar.

 

Milli komandamız A qrupunda Mərakeşlə üz-üzə gəlib. İlk iki turdan sonra aktivində 4 xalı olan yığmamıza bu matçda bərabərlik də kifayət edirdi. Nəticədə rəqibi ilə qolsuz bərabərə qalan Yaşar Vahabzadənin yetirmələri yollarına davam ediblər.

 

Lakin komandamız qrupu ikinci sırada tamamlayıb. Çünki digər oyunda Səudiyyə Ərəbistanını böyük hesabla üstələyən Kamerun lider kimi mərhələ adlayıb.

 

Beləliklə, millimiz yarımfinalda Əlcəzairlə, Kamerun isə Omanla qarşılaşacaq. Yarımfinal mərhələsinin görüşləri mayın 18-də baş tutacaq.

 

İslam Həmrəylik Oyunları

Futbol

III tur

 

A qrupu

 

Mərakeş – Azərbaycan - 0:0

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev

Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 16. Elvin Camalov, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli

Baş məşqçi: Yaşar Vahabzadə 

 

 

Kamerun – Səudiyyə Ərəbistanı - 3:0

 

N

Komanda

O

Q

H

M

T/F

X

1

Kamerun

3

1

2

0

4:1

5

2

Azərbaycan

3

1

2

0

2:0

5

3

Mərakeş

3

1

2

0

2:1

5

4

S. Ərəbistanı

3

0

0

3

0:6

0

 

B qrupu

Türkiyə – Fələstin - 4:3

Qollar: Hakkı Can Aksu, 44, 81; Melih Okutan, 63; Onur Eriş, 70 - Oday Əl Dabbaq, 22; Mohammed Maraaba, 29; İslam Batran, 33

 

Oman – Əlcəzair - 1:1

Qollar: Muhsin Əl Qassani, 40 - Tayeb Meziani, 45

 

N

Komanda

O

Q

H

M

T/F

X

1

Əlcəzair

3

2

1

0

4-2

7

2

Oman

3

1

2

0

6-5

5

3

Türkiyə

3

1

0

2

7-8

3

4

Fələstin

3

0

1

2

5-7

1

 

 

0