Bakıda FİVB məşqçilərinin I kateqoriyası üzrə kurs keçiriləcək. Apasport.az saytının məlumatına görə, seminar oktyabrın 22-də start götürəcək və 5 gün davam edəcək.
Məşqçilərə dərsləri yenə türkiyəli Nejat Sancaq keçəcək. Seminara bir neçə ölkədən 30-dan çox mütəxəssisin gəlməsi gözlənilir.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət millimizin baş məşqçisi Faiq Qarayev bu kursun Bakıda keçirilməsini müsbət qarşılayıb: “Bu il Azərbaycan və Gürcüstan Avropa çempionatına ev sahibliyi edəcək. Finallardan sonra beynəlxalq məşqçilik kursunun Azərbaycan və Gürcüstanda voleybolun inkişafına təkan verəcəyinə əminəm”.
Qeyd edək ki, türkiyəli mütəxəssis ötən il iyunun 15-27-də Bakıda FİVB məşqçilərinin II kateqoriyası üzrə kursu keçmişdi. Həmin vaxt seminara 13 xarici, 18 yerli mütəxəssis qatılmışdı.