Klublararası Dünya Çempionatının formatı dəyişdiriləcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə məlumatı FİFA prezidenti Canni İnfantino verib.
O bildirib ki, format dəyişikliyi ilə bağlı danışıqlar davam edir: “Bizim missiyamız futbolu hər yerdə inkişaf etdirməkdi. Bu üzdən FİFA-nın nəzdində olan Klublararası Dünya Çempionatının da formatını dəyişdirəcəyik. Düzdü, hələ bir qərar qəbul etməmişik. Bunun üzərində çalışmalarımız davam edir”.
Yeni formatdakı turnirin ilk olaraq 2021-ci ildə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bir müddət əvvəl Klublararası Dünya Çempionatının təqvimdə Konfederasiyalar Kubokunu əvəz etməsi məsələsi müzakirə olunmuşdu.