Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, martın 30-da güclü külək səbəbindən təxirə salınan IX turun hər 2 oyunu eyni gündə təşkil olunub.
Voleybol Mərkəzində baş tutan oyunlarda meydana öncə “Lokomotiv”lə AVF çıxıb. Adnan Kistakın yetirmələri aşkar favorit olduğu görüşdə asan qələbəyə seviniblər. Düzdü, ilk iki seti 8 top öndə bitirən AVF 3-cü hissədə çətinliklə üzləşib. Lakin təcrübə öz sözünü deyib. "Quru hesabla" qələbə qazanan AVF gümüş medal uğrunda mübarizəni davam etdirəcək. Arxada qalan 9 tur ərzində nəinki xal, set belə qazana bilməyən "Lokomotiv" isə mükafatlar uğrunda gedən mübarizədən kənar qalıb.
Turun mərkəzi qarşılaşması isə “Abşeron”la “Azərreyl” arasında olub. Bu görüş hər 2 komanda üçün böyük əhəmiyyət kəsb etsə də, nominal ev sahibləri şanslarından yararlana bilməyiblər. Xal itirmədən qazanılan qələbə Famil Ağayevin yetirmələrini mövsümün sonuna 1 dövrə - 3 tur qalmış çempion edib. Ötən ay “Novruz Kuboku”nu qazanan “dəmiryolçular” 2015-16 mövsümündə olduğu kimi, yenə ili qızıl medallarla başa vururlar. “Azərreyl”lə hər 3 görüşdə məğlub olan “Abşeron” isə qarşıdakı oyunlarda ikinci pillədəki yerini qorumağa çalışacaq. Əks halda, onlar “gümüş”ü də əldən verə bilərlər.
Super Liqa
IX tur
30 mart
“Abşeron” - “Azərreyl” - 1:3 (19:25, 25:21, 26:28, 18:25)
I dövrə: “Abşeron” - “Azərreyl” - 1:3 (26:24, 12:25, 15:25, 19:25)
II dövrə: “Azərreyl” - “Abşeron” - 3:0 (25:19, 25:16, 25:19)
“Lokomotiv” - AVF - 0:3 (17:25, 17:25, 29:31)
I dövrə: “Lokomotiv” - AVF - 0:3 (12:25, 19:25, 14:25)
II dövrə: AVF - “Lokomotiv” - 3:0 (25:15, 25:13, 25:16)
N |
Komanda |
O |
Q |
M |
S |
T |
X |
1 |
Azərreyl |
9 |
9 |
0 |
27-3 |
744-554 |
27 |
2 |
Abşeron |
9 |
5 |
4 |
19-12 |
693-626 |
16 |
3 |
AVF |
9 |
4 |
5 |
13-17 |
628-652 |
11 |
4 |
Lokomotiv |
9 |
0 |
9 |
0-27 |
448-681 |
0 |