Topaz Premyer Liqasında 2018-ci ilin ən yaxşı komandası “Neftçi”di. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın XXVII turda “Keşlə”yə uduzmasından sonra Tərlan Əhmədovun yetirmələri mövsümün ikinci yarısının liderinə çevrilib.
“Ağ-qaralar” 13 görüşdə hamıdan çox qələbə qazanıb (8), hamıdan çox qol vurub (20) və xal sayında hamını arxada qoyur. “Neftçi” və “Qarabağ” eyni sayda – hərəyə 2 dəfə uduzsa da, bakılıların zirvəni əldən verməsi inandırıcı deyil. “Neftçi” son turda “Kəpəz”lə heç-heçə etsə də, ilin arxada qalan hissəsinin ən yaxşısı adına sahib çıxacaq. Çünki belə vəziyyətdə xal hesabını bərabərləşdirmək imkanı qazanan “Qarabağ” “Qəbələ”ylə son turun matçında 6 qol vurmalıdı ki, bu da az qala mümkünsüzdü. Ən az qol buraxması ilə seçilən “Qarabağ” qış fasiləsindən sonra 25 xal toplayıb.
Mövsümün ikinci yarısının 3-cü ən yaxşı komandası isə “Keşlə”di. Yuri Maksimovun yetirmələrinin hesabında 20 xal var. “Sumqayıt”da qışdan sonra eyni qədər qazanc əldə etsə də, top fərqi bakılılarda daha yaxşıdı.
yer |
komanda |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Neftçi |
13 |
8 |
3 |
2 |
20-11 |
27 |
2 |
Qarabağ |
13 |
7 |
4 |
2 |
11-7 |
25 |
3 |
Keşlə |
13 |
5 |
5 |
3 |
19-15 |
20 |
4 |
Sumqayıt |
13 |
5 |
5 |
3 |
16-14 |
20 |
5 |
Qəbələ |
13 |
4 |
6 |
3 |
15-11 |
18 |
6 |
Zirə |
13 |
2 |
5 |
6 |
11-18 |
11 |
7 |
Səbail |
13 |
2 |
4 |
7 |
10-17 |
10 |
8 |
Kəpəz |
13 |
1 |
4 |
8 |
7-16 |
7 |
Mövsümün ikinci yarısının bombardiri İqnasio Herreradı. “Neftçi”nin futbolçusu 6 dəfə fərqlənib. 3 oyunçu 5 dəfə fərqlənib ki, onlardan ikisi “Qəbələ”ni təmsil edir. Ümumiyyətlə, 9 futbolçu bu il 4 və ya daha çox qola sevinib. Maraqlıdı ki, onlar arasında ardıcıl 5-ci çempionluğunu qazanan “Qarabağ”ın təmsilçisi yoxdu.
Bombardirlər: İqnasio Herrera (“Neftçi”) – 6, Baqali Dabo, Stiven Jozef-Monroz (hər ikisi “Qəbələ”), Amil Yunanov – 5, Cavid İmamverdiyev (hər ikisi “Sumqayıt”), Slavik Alxasov (“keşlə”), Dario Federiko (“Kəpəz”), Namiq Ələsgərov (“Neftçi”), “Filip Ozobiç (“Qəbələ”) – 4.