Cavanşir Qurbanov: Bölgələrdə idmançı yoxdur
18.11.2008 - 13:28
Cavanşir Qurbanov: Bölgələrdə idmançı yoxdur
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “2007-08-ci illəri Azərbaycan güləşi üçün çox uğurlu saymaq olar. Bu dövrün ən böyük yarışı Pekin Olimpiadası idi ki, orada da nailiyyətlər qazana bildik. Artıq 2012-ci ildə keçiriləcək London Olimpiadasına hazırlığa başlamalıyıq”. “APA-Sport”un məlumatına görə, bu fikirləri Azərbaycan Güləş Federasiyasının (AGF) V konfransında çıxış edən vitse-prezident Cavanşir Qurbanova məxsusdur. Konfransın gündəliyində duran birinci məsələ - federasiyanın fəaliyyəti ilə bağlı çıxış edən AGF vitse-prezidenti problemlərə də toxunub: “Bölgələrdəki iş çox zəif qurulub. Demək olar ki, bölgədən idmançı çıxmır. Düzdür, bölgələrdə Olimpiya İdman Kompleksləri inşa olunub. Lakin orada yalnız böyük yarışlar keçirə bilirik. İdmançıların bu komplekslərdə məşq edə bilmir. Bu məsələnin həlli ilə yanaşı, məşqçi və hakimlər üçün seminarların təşkili də zəruridir ki, belə kurslar da keçiriləcək”.





0