Derbinin vaxtı dəqiqləşdi
01.12.2010 - 11:55
Derbinin vaxtı dəqiqləşdi
Voleybol üzrə qadınlar arasında Super Liqada növbəti II turun başlanma vaxtı müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, dekabrın 5-də keçiriləcək oyunlar saat 14:00-da “Bakı” – “Şirvan” dueli ilə start götürəcək. Növbəti matçda ilk turu məğlubiyyətlə başa vuran “Lokomotiv” və “İqtisadçı” üz-üzə gələcəklər.

Saat 18-00-da isə ölkəmizin ən güclüləri - “Azərreyl” və “Rabitə” münasibətlərinə aydınlıq gətirəcəklər.

5 dekabr
14:00. “Bakı” – “Şirvan”
16:00. “Lokomotiv” – “İqtisadçı”
18:00. “Azərreyl” – “Rabitə”
0