Sittirak Fürstdən geri qalmadı
17.01.2014 - 09:22
Sittirak Fürstdən geri qalmadı

Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “İqtisadçı” (Azərbaycan) – “Vakıfbank” (Türkiyə) statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın 0:3 hesabı ilə uduzduğu görüşdə vahid bombardir olmayıb.

 

Belə ki, “Vakıfbank”dan Kristiana Fürst 15 xal topladığı halda, “İqtisadçı”nın tailandlı legioneri Onuma Sittirak da Bakı təmsilçisinə eyni töhfə verib. Bülən Karslıoğlunun digər yetirmələrinə gəlincə, Manon Flier 7, Marianne Fersola ilə Pleumjit Zinkaov hərəyə 5, Deja Makklendonla Ley Zanq hərəyə 2, Lenka Dürr, Romina Lamas və Vilavan Apinyaponq hərəyə 1 xal toplayıblar.

0