Maqnus Karlsen: Məğlubiyyət üzücüdür
23.04.2014 - 21:26
Maqnus Karlsen: Məğlubiyyət üzücüdür

"Shamkir Chess 2014" turnirində IV turda Fabiano Karuanaya uduzan Maqnus Karlsen mətbuat konfransında suallara cavab verib. Apasport.az saytının məlumatına görə, dünya çempionu məğlubiyyəti səhvlərlə izah edib: "Debütdə səhvlərim oldu. Ötən gün uğursuz partiyadan sonra normal hazırlaşa bilmədim. Məğlubiyyət üzücüdür. Əlbəttə, qələbədən sonra daha yaxşı əhval olur. Uduzmaq istəməzdim. Lakin səhvlərim rəqibə kömək oldu. Növbəti turlarda bunu unutdurmağa çalışacam".

 

Karlsenə qalib gələn İtaliya şahmatçısı Fabiano Karuana isə qələbəni düzgün hazırlıqla əlaqələndirib: "Yaxşı oynayaraq qələbə qazandım. Rəqib səhvlər etdi. Vəziyyəti düzgün qiymətləndirdim və sonda qalib gəldim. Qələbə xoşdur. Özü də dünya çempionu üzərində qələbə daha böyük sevinc gətirir. Karlsenlə çox oynamışıq. Etiraf edim ki, ona məğlub olduqlarım partiyalar da olub".

 

 

0