Umut Bulut: Türkiyənin ən yaxşı futbolçusu Hakan Şükürdür
24.04.2014 - 04:33
Umut Bulut: Türkiyənin ən yaxşı futbolçusu Hakan Şükürdür

 

“Qalatasaray” klubunun futbolçusu Umut Bulut klubun televiziyasına açıqlamasında “Fənərbaxça”ya sataşıb. Apasport.az saytının məlumatına görə, Bulut kimi ən yaxşı futbolçu saydığı sualnı da cavab verib.

 

Hücumçu aparıcının “Türkiyənin ən yaxşı futbolçusu kimdir” sualına belə cavablayıb: “Türkiyənin indiyə kimi ən yaxşı futbolçusu Hakan Şükür olaraq qalır”.

 

Umut Bulut “Kadıköydə kuboku başınız üzərinə qaldırmaq necə hissdir” sualına isə “Fənərbaxça”ya sataşaraq cavab verib: “Kadıköydə kubok qaldırmaq çox fərqli hissdir. Bu hiss hər kəsə qismət olmur. Bu hiss ancaq “Qalatasaray”a nəsib ola bilər”.

 

 

0