Bakıda keçirilən klassik şahmat üzrə 2014/15 mövsümünün Qran-pri turnirinin I mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, dünən keçirilən II turda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ilə Özbəkistan nümayəndəsi Rüstəm Qasımcanovun oyunu heç-heçə başa çatıb.
Ölkəmizin ikinci nümayəndəsi Şəhriyar Məmmədyarov isə rusiyalı Pyotr Svidlerə uduzub. 36-cı gedişdə səhvə yol vermiş Məmmədyarov təslim olmaq məcburiyyətində qalıb.
Şahmat üzrə Qran-pri
II tur
Rüstəm Qasımcanov (Özbəkistan) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 0,5:0,5
Pyotr Svidler (Rusiya) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – 1:0
Dmitri Andreykin (Rusiya) – Hikaru Nakamura (ABŞ) – 0:1
Fabiano Karuana (İtaliya) – Boris Gelfand (İsrail) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) – Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Lenyer Dominges (Kuba) – Yevgeni Tomaşevski (Rusiya) - 0,5:0,5
Turnir cədvəli: Karuana, Svidler, Gelfand, Nakamura – 1,5; Dominges, Tomaşevski, Qasımcanov, Rəcəbov, Qrişuk – 1; Karyakin, Məmmədyarov – 0,5; Andreykin – 0