“İqtisadçı” rəsmən dağıldı!
13.10.2014 - 10:47
“İqtisadçı” rəsmən dağıldı!

“İqtisadçı” voleybol komandası rəsmən fəaliyyətini dayandırıb. Bu barədə apasport.az saytına məlumatı klubun meneceri Araz İsmayılov verib.

 

O bildirib ki, sponsor məsələsində problemin yaranması Super Liqanın bürünc medalçısının dağılması ilə nəticələnib. İsmayılovun sözlərinə görə, 2008-ci ildə yaranan “İqtisadçı”nın növbəti mövsümlərdə yenidən mübarizəyə qoşulması da istisna deyil: “Bəli, rəsmən “stop” dedik. Avrokuboklar üçün sifariş vərəqəsi hazır olsa da, son anda həm Super Liqadan, həm də CEV kubokundan rəsmən çəkildik. Lakin komandamızın yenidən bərpası mümkündü. Ümid edirik ki, 2015/2016 mövsümündən yenidən çıxışımızı bərpa edəcəyik”.

 

Komanda müqavilə bağladığı braziliyalı baş məşqçi Aleksandr Rivetti, həmçinin voleybolçular - Yelena Parxomenko, Yekaterina Jidkova (hər ikisi Azərbaycan), Kayla Banvart, Kristi Cekson, Enn Eqlund (hər üçü ABŞ) və Fatu Diukla (Seneqal) müqaviləni də qarşılıqlı şəkildə pozacaq.

 

Qeyd edək ki, bununla da ardıcıl 4-cü dəfə mövsümlərarası fasilə hansısa klubun tarixin yaddaşına köçməsi ilə əlamətdar olub. “Şirvan”, “Bakı” və “Lokomotiv Biləcəri”dən sonra 1 dəfə Azərbaycan çempionatının gümüş, 3 dəfə bürünc medalını qazanan “İqtisadçı” da dağıldı.

 

0
DİGƏR XƏBƏRLƏR
Loading...