Avropa Liqasında qrup mərhələsinin III turunda növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb.
Ağdam klubu III tur çərçivəsində Ukraynada “Dnepr”lə qarşılaşıb. İlk iki matçda 1 xal toplayan Qurban Qurbanovun yetirmələri Kiyevin “Olimpiya” stadionunda maksimum nəticə əldə edib.
Belə ki, “Qarabağ” Dnepropetrovsk klubuna minimal hesabla qalib gəlib. Oyunda vurulan yeganə qola 21-ci dəqiqədə Muarem Muarem imza atıb.
Qeyd dək ki, F qrupunun digər oyunda keçirilən “İnter” - “Sent-Etyen” matçı 0:0 hesabı ilə başa çatıb.
Avropa Liqası
Qrup mərhələsi, III tur
F qrupu
23 oktyabr
"DNEPR” (Ukrayna) – “QARABAĞ” (Azərbaycan) - 0:1
QOL: Muarem Muarem, 21
Baş hakim: Libor Kovarjik
Baş hakimin köməkçiləri: Kristof Menkl, Yan Patak
Əlavə hakim köməkçiləri: Radek Priqoda, Yan Jilek
Dördüncü hakim: Petr Blaje (hamısı Çexiya)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Stefan Ormanciyev (Bolqarıstan)
Kiyev. Olimpiya Milli İdman Kompleksinin stadionu
DNEPR: 73. Denis Boyko, 3. Ondrjey Mazux, 23. Duqlas, 17. İvan Striniç, 44. Artyom Fedetski, 4. Sergey Kravçenko, 20. Brunu Qama, 28. Yevgeni Şaxov, 29. Ruslan Rotan (k), 9. Nikola Kaliniç, 10. Yevgeni Konoplyanka
Ehtiyat oyunçular: 16. Yan Laştuvka, 24. Valeri Luçkeviç, 90. Aleksandr Miqunov, 14. Yevgeni Çeberyaçko, 7. Caba Kankava, 21. Mladen Bartuloviç, 11. Yevgeni Seleznyov
Baş məşqçi: Miron Markeviç
QARABAĞ: 1. İbrahim Şehiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 10. Muarem Muarem, 9. Reynaldo, 17. Vüqar Nadirov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 24. Admir Teli, 18. İlqar Qurbanov, 77. Cavid Tağıyev, 6. Hacı Əhmədov, 99. Namiq Ələsgərov
Baş məşqçi: Qurban Qurbanov
1. |
İnter |
3 |
2 |
1 |
0 |
3:0 |
7 |
2. |
Qarabağ |
3 |
1 |
1 |
1 |
1:2 |
4 |
3. |
Sent-Etyen |
3 |
0 |
3 |
0 |
0:0 |
3 |
4. |
Dnepr |
3 |
0 |
1 |
2 |
0:2 |
1 |