Branimir Subaşiç fərqləndi, komandası darmadağın etdi
22.12.2014 - 00:11
Türkiyə PTT I liqasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" doğma meydanda "Bucaspor"u qonaq edib.
Serb əsilli azərbaycanlı futbolçunun komandası 5:0 hesablı darmadağına sevinib.
Subaşiç oyuna start heyətində daxil olub və matçın 52-ci dəqiqəsində qarşılaşmada son nöqtəni qoyub. Branimir oyunun 83-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" 14 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır.
0
0