İslam Oyunları: Taekvondoçumuz yarımfinalda
17.11.2025 - 13:33
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 82 kq çəki dərəcəsində təmsilçimiz Eltac Qafarov 1/4 final mərhələsində Qırğızıstan təmsilçisi Abdulazim Abduraximovla qarşılaşıb.
Eltac rəqibini 2:0 məğlub edərək adını yarımfinala yazdırıb.
0
0