“Lokomotiv”in avrokubok matçında azərbaycanlı hakim
06.12.2019 - 09:28
“Lokomotiv”in avrokubok matçında azərbaycanlı hakim

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Əliyevə növbəti dəfə etimad göstərib. 

Apasport.az saytının məlumatına görə, həmyerlimiz CEV kubokunun 1/16 final mərhələsində iş başında olacaq. 

O, kişi voleybolçular arasında keçiriləcək “Lokomotiv” (Rusiya) – “Çaumont” (Fransa) klubları arasında ilk görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Dekabrın 11-də Novosibirskdə təşkil olunacaq görüşdə əsas referi serbiyalı Mirko Yankoviç olacaq. 
 

0
voleybol hakim Eldar Əliyev