Azərbaycanın voleybol yığması Slovakiya və Belçikanı məğlub edib
29.03.2008 - 11:49
Azərbaycanın voleybol yığması Slovakiya və Belçikanı məğlub edib
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın 16 yaşlı qızlardan ibarət voleybol üzrə milli komandası Belçikanın paytaxtı Brüsseldə keçirilən beynəlxalq turnirdə uğurlu start götürüb. “APA-Sport” agentliyinin Voleybol Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, yığmamız ilk görüşdə Slovakiyaya 3:1 hesabı ilə qalib gəlib. Təcrübəli mütəxəssis Feliks Məmmədovun başçılıq etdiyi komandamız ikinci oyunda Belçika millisini 3:0 hesabı ilə məğlub edib. Komandamız turnir çərçivəsində, həmçinin İtaliya, Xorvatiya, Serbiya və Çexiya yığmaları ilə qarşılaşacaq.
0
DİGƏR XƏBƏRLƏR
Loading...