Azərbaycanın yığmasının kapitanı İstanbulda cərrahiyə əməliyyatı olunacaq
13.05.2008 - 14:57
Azərbaycanın yığmasının kapitanı İstanbulda cərrahiyə əməliyyatı olunacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın voleybol üzrə milli komandasının kapitanı Fərid Cəlalov İstanbulda cərrahiyə əməliyyatı olunacaq. Bu haqda “APA-Sport” agentliyinə yığmanın rəisi Nazim Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, F.Cəlalov millimizin Albaniya ilə Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində Quba Olimpiya Kompleksində keçirdiyi cavab matçında ciddi zədələnib. İlkin müayinə nəticəsində voleybolçunun dizində ön xaçvari bağlarının qopduğu müəyyən edilib. F.Cəlalovun cərrahiyyə əməliyyatı 12000 dollara başa gələcək və təxminən 4-5 ay meydana çıxa bilməyəcək.
0