Azərbaycan voleybol yığması Avropa çempionatının ilk seçmə oyununda Hollandiyaya uduzub
17.05.2008 - 10:55
Azərbaycan voleybol yığması Avropa çempionatının ilk seçmə oyununda Hollandiyaya uduzub
Bakı. Aqşin Əliyev - APA-Sport. Hollandiyanın Rotterdam şəhərində kişi voleybolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupunun oyunları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığması ilk turda meydan sahibləri ilə qüvvəsini sınayıb. Sahib Əliyevin rəhbərlik etdiyi kollektiv rəqibə qarşı müqavimət göstərə bilməyib. Nəticədə milli komandamız ardıcıl üç setdə məğlubiyyətlə barışıb (25:9, 25:14, 25:17). Qrupda keçirilən ikinci qarşılaşmada Sloveniya eyni hesabla Latviyaya qalib gəlib. Bu gün voleybolçularımız sloveniyalı həmkarları ilə görüşəcəklər. Yığmamız üçüncü turda, mayın 18-də Latviya ilə üz-üzə gələcək. Turnirin ikinci dövrəsi isə mayın 30-dan iyunun 1-dək Sloveniyanın Maribor şəhərində keçiriləcək. Reqlamentə əsasən, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər.
0