Azərbaycanın yığması Abu-Dabidə keçiriləcək beynəlxalq turnirdə ilk matçını Almaniyaya qarşı keçirəcək
19.05.2008 - 17:36
Azərbaycanın yığması Abu-Dabidə keçiriləcək beynəlxalq turnirdə ilk matçını Almaniyaya qarşı keçirəcək
Bakı. Kənan Həsənov - APA-Sport. Qadınlardan ibarət Azərbaycanın voleybol milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunacaq beynəlxalq turnirin qrup mərhələsində keçirəcəyi oyunlarının təqvimi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız yer aldığı B qrupunda ilk matçını mayın 21-də Almaniyaya qarşı keçirəcək. Millimiz mayın 23-də Fransa, 24-də Kuba, 25-də Rusiya ilə qarşılaşacaq. A qrupunda isə İtaliya, Hollandiya, Misir, Əlcəzair və Avstraliya milliləri mübarizə aparacaqlar. Turnirin həlledici oyunları mayın 26-da və 27-də baş tutacaq.
Qeyd edək ki, 1 milyon ABŞ dolları mükafat fondu olan turnirin qalibi 300000 dollar qazanacaq. Sonrakı yerləri tutacaq komandalar isə müvafiq olaraq 200000, 100000, 90000, 80000, 70000, 60000, 50000, 30000 və 20000 dollara sahib çıxacaq.
0