Azərbaycan yığması Abu-Dabidə keçirilən beynəlxalq turnirdə 7-ci yer uğrunda mübarizə aparacaq
26.05.2008 - 10:18
Azərbaycan yığması Abu-Dabidə keçirilən beynəlxalq turnirdə 7-ci yer uğrunda mübarizə aparacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən qadın voleybolçular arasında beynəlxalq turnir həlledici mərhələyə qədəm qoyub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandası mükafat fondu 1 milyon ABŞ dolları olan yarışın yarımfinalına yüksələ bilməyib. Faiq Qarayevin başçılıq etdiyi komandamız son oyunda Rusiyaya 0:3 hesabı ilə uduzub və yer aldığı B qrupunda 4-cü yeri tutub. Voleybolçularımız bu gün 7-ci yer uğrunda görüşdə Misir yığması ilə qarşılaşacaq.
0