Azərbaycan milli komandası Avropa çempionatının qrup mərhələsində ardıcıl 5-ci məğlubiyyətlə üzləşib
01.06.2008 - 12:22
Azərbaycan milli komandası Avropa çempionatının qrup mərhələsində ardıcıl 5-ci məğlubiyyətlə üzləşib
Maribor. Elşən Məmmədov - APA-Sport. Sloveniyanın Maribor şəhərində kişi voleybolçular arasında Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci dövrənin növbəti oyunları keçirilib.
«APA-Sport» agentliyinin məlumatına görə, Sahib Əliyevin rəhbərlik etdiyi Azərbaycan yığma komandası meydan sahibləri ilə qarşılaşıb. Oyun millimizin məğlubiyyəti ilə başa çatıb – 0:3 (14:25, 10:25, 19:25). Digər görüşdə isə Hollandiya eyni hesabla Latviyanı yenib. Avropa çempionatının final mərhələsinə vəsiqə şansını itirən yığmamız qrupda sonuncu oyununu bu gün artıq həmin vəsiqəni təmin etmiş Hollandiya ilə keçirəcək.
Qeyd edək ki, hazırda Hollandiya 10 xalla qrup lideridir. Keçirdiyi 5 görüşün hamısını məğlubiyyətlə başa vuran millimiz isə 5 xalla sonuncu yeri tutur.
0