Azərbaycanın voleybol yığması İspaniyaya növbəti dəfə məğlub olub
08.06.2008 - 12:05
Azərbaycanın voleybol yığması İspaniyaya növbəti dəfə məğlub olub
Bakı. Mehman Süleymanov – APA-Sport. İspaniyanın Kaseras şəhərində qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsinin ikinci dövrəsinin oyunları davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandası İspaniya yığmasına yenə uduzub. İspanlardan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxa bilməyən Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız bu dəfə 5 setdə yenilib – 2:3 (30:28, 24:26, 25:20, 19:25, 13:15). Yığmamız Makedoniyanı üstələyən Rumıniya ilə eyni xala (8) malik olsa da, əlavə göstəricilərə görə rəqibindən geri qaldığı üçün, 3-cü pillədə yer alıb. Bu məğlubiyyətlə qrup qalibi olmaq və bununla da final mərhələsinə birbaşa qatılmaq şansını minimuma enən milli komandamızın 2-ci yeri tutması realdır. Belə ki, F.Qarayevin komandası son turda bütün görüşlərini məğlub olan Makedoniya, Rumıniya isə 9 xalla qrup lideri olan İspaniya ilə görüşəcək. Qrupumuzda mübarizəyə bu gün yekun vurulacaq.
Qeyd edək ki, yarışın əsasnaməsinə görə, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığı halda, 2-ci yeri tutan komanda “pley-off”da mübarizə aparacaq.
0