Alla Həsənova Azərbaycanın yığma komandasının meneceri təyin olunub
22.07.2008 - 16:22
Alla Həsənova Azərbaycanın yığma komandasının meneceri təyin olunub
Bakı. Elşən Məmmədov - APA-Sport. Alla Həsənova Azərbaycanın qadınlardan ibarət yığma komandasının meneceri təyin olunub. «APA-Sport» agentliyinin məlumatına görə, bu haqda bu gün keçirdiyi mətbuat konfransında millimizin baş məşqçisi Faiq Qarayev məlumat verib. 38 yaşlı A.Həsənovanın yığmamızda oyunçu və məşqçi kimi 20 ildən çox təcrübəsinin olduğunu deyən F.Qarayevin sözlərinə görə, bu təyinat komandamızın gələcək uğurlarında böyük rol oynaya bilər: «Alla xanım indiyədək millimizin kapitanı kimi liderlik keyfiyyətləri və uğurlu çıxışı ilə seçilib. Karyerasını başa vurduqdan sonra yeniyetmələrdən ibarət yığmamızda məşqçi kimi çalışıb. İnanıram ki, bundan sonra o, millimizin meneceri kimi bizə daha böyük fayda verəcək».
0