Zoran Qayiç: Hər bir komanda mükafat uğrunda güclü rəqibimizdir
02.12.2011 - 10:55
“Çempionlar Liqasında iştirak edən bütün komandalar mükafat uğrunda güclü rəqiblərimizdir. Bunların sayı minimum 6-7 klubdur”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə” voleybol klubunun baş məşqçisi Zoran Qayiç deyib.
Təcrübəli serbiyalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında Fransanın “Myulhaus” komandasına 3:0 hesabı ilə Bakıda qalib gəldikləri matçdan sonra fikirlərini açıqlayıb. Qayiçin fikrincə, Avropanın ən mötəbər turnirində onları ciddi rəqabət gözləyir: “Bu onu göstərir ki, bizim üçün çox çətin olacaq. Heç kim sonradan nə olacağını bilmir. Biz bütün komandalara hörmət edirik və yalnız növbəti matçlarımız barədə fikirləşirik”.

0
0