Kovalenko 9 xal topladı, “Azərreyl”in rəqibi qələbəyə sevindi
05.12.2011 - 10:30
Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenko İtaliya A seriyasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, blokçumuzun şərəfini qoruduğu “Kariparma” Çempionlar Liqasının qrup mərhələsində “Azərreyl”in rəqibi “Foppepedretti”ni qəbul edib.
Oyun qonaqların asan qələbəsi ilə yekunlaşıb. Berqamo təmsilçisi 3:0 (25:23; 25-23; 25-22) hesabı ilə qalib gələrək, 4-cü yerə yüksəlib. 7-ci turda 5-ci dəfə məğlubiyyət acısı yaşayan “Kariparma” isə 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Kovaleko bu oyunda 9 xal toplayıb.

0
0