Gözdə Sonsırma: “Azərreyl”lə oyuna yaxşı hazırlaşmalıyıq
09.12.2011 - 12:47
Gözdə Sonsırma: “Azərreyl”lə oyuna yaxşı hazırlaşmalıyıq
“Biz çox səhvlərə yol verdik. Lakin yekunda inamlı qələbə qazanmağı bacardıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank TTelekom” klubunun voleybolçusu Gözdə Sonsırma deyib.

Çempionlar Liqasının qrup mərhələsində Bakının “Azərreyl” komandasının rəqibi olan İstanbul təmsilçisi “Tomis”ə (Rumıniya) 3:0 hesabı ilə qalib gəlməklə, turnir cədvəlində Faiq Qarayevin yetirmələrini qabaqlayıblar. “Vakıfbank TTelekom”ın kapitanı bildirib ki, Azərbaycan klubunu set fərqində geridə qoymaqlarına baxmayaraq, dekabrın 14-də ehtiyatlı olmalıdırlar: “Növbəti turda “Azərreyl”lə oynayacağıq. Bu oyuna yaxşı hazırlaşmalıyıq. Çünki rəqibimiz liderlərdən biridir və görüş gərgin keçəcək”.

Qeyd edək ki, “Azərreyl” - “Vakıfbank TTelekom” görüşü “Sərhədçi” Olimpiya Mərkəzində olacaq.