“Vakıfbank TTelekom” Bakıya qələbə ilə gəlir
12.12.2011 - 10:23
Avrokuboklarda Azərbaycan klublarının rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, dekabrın 14-də Çempionlar Liqasının III turunda “Azərreyl”in qonağı olacaq Türkiyənin “Vakıfbank TTelekom” 7-ci turda 5-ci qələbəsini qazanıb.
İstanbul klubu “dəmiryolçuların” sabiq baş məşqçisi Adnan Kistakın çalışdırdığı “Beşiktaş”a 3:0 (25:18, 25:19, 25:14) hesabı ilə qalib gəliblər. Faiq Qarayevin yetirmələrinin digər rəqibləri – “Foppapedretti” isə məğlubiyyətə üzülüb. Ötən həftə Bakıda xal qazana bilməyən Berqamo təmsilçisi bu dəfə “Urbino” qarşısında aciz qalıb – 0:3 (21:25, 22:25, 27:29).
Rumınyanın “Tomis” komandası isə turu qələbə ilə başa vurub. “Azərreyl”lə D qrupunda yer alan Konstanta təmsilçisi evdə “Kluj”a 3:0 (25:19, 25:13, 25:8) hesabı ilə qalib gəlib.
“Rabitə”nin də Çempionlar Liqasındakı rəqibləri növbəti qələbələrinə seviniblər. Dekabrın 13-də Azərbaycan çempionlarını qəbul edəcək “Fənərbaxça” “Nilüfər Bələdiyyəsi”ni 3:1 (25:15, 23:25, 25-20, 25-21) hesabı ilə məğlub edib. Zoran Qayiçin yetirmələri ilə eyni qrupda yer alan “Myulhaus” (Fransa) “Le Kannet”ə 3:2 (20:25, 21:25, 25:22, 25-22, 15:9), “Dresdner” (Almaniya) “Liverkusen”ə 3:1 (25:17, 25:21, 23:25, 25:18) hesabı ilə qalib gəlib.
Bakının “İqtisadçı” klubunun 1/8 final mərhələsində qarşılaşacağı İtaliya “Yamamay”ı da xal itirməyib. Onlar “Novara”nı səfərdə 3:0 (25:21, 25:23, 27:25) hesabı ilə məğlub ediblər.

0
0