Gözdə Sonsırma: İstanbulda hakimlər tərəfkeşlik etməyəcəklər
15.12.2011 - 11:03
Gözdə Sonsırma: İstanbulda hakimlər tərəfkeşlik etməyəcəklər
“Çox pis oynadıq. Bununla belə asan məğlub olduğumuzu demək də düz deyil”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank TTelekom” klubunun voleybolçusu Gözdə Sonsırma deyib.

Komandasının kapitanı Çempionlar Liqasının III turunda “Azərreyl”ə 0:3 hesablı məğlubiyyətdə hakimləri günahkar sayıb. Onun sözlərinə görə, Türkiyədə tərəfkeşlik olmayacağı üçün cavab matçı da çətin keçəcək: “Əvvəlcədən deyim ki, İstanbulda ədalət təmsilçiləri tərəfkeşlik etməyəcəklər. Bunun üçün də Türkiyədəki oyun çox çətin olacaq”.
0