“Bunun revanşını alacağıq”
15.12.2011 - 11:19
“Oyunda məğlub olduğumuz üçün çox məyusam. Pis keçirdiyimiz görüşdə hakimlər də bəzi epizodlarda rəqibin xeyrinə qərarlar verdi”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank TTelekom” klubunun voleybolçusu Gizəm Güreşen deyib.
Libero Çempionlar Liqasının III turunda Bakıda “Azərreyl”ə 0:3 hesabı ilə uduzmalarında komandasının yaxşı oynamadığını etiraf edib: “Düzdür, hakim səhvləri ilə yanaşı, məğlubiyyətimizdə səhv etməyimiz də rol oynadı. Lakin hələ heç nə bitməyib. Mən komandamızı güclü hesab etdiyim üçün cavab matçında bunun revanşını alacağımıza inanıram”.

0
0