“Rabitə”nin qələbə seriyası qırıldı
16.12.2011 - 12:09
“Rabitə”nin qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu 270 gündən sonra məğlubiyyətlə üzləşib.
Komandamızın uğurlu seriyasını Türkiyənin “Fənərbaxça” klubu dayandırıb. Onlar Çempionlar Liqasının qrup mərhələsinin III turunda voleybolçularımıza 3:0 hesabı ilə qalib gəlməklə, Zoran Qayiçin yetirmələrini həm də liderlikdən məhrum ediblər.
“Rabitə” 270 gündən sonra məhz İstanbulda, özü də Türkiyə təmsilçisinə uduzub. Komandamızın son məğlubiyyəti də bu ölkədə baş vermişdi. Həmin vaxt isə Çempionlar Liqasının final mərhələsində “Vakıfbank TTelekom” 3:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, bu gözlənilməz nəticə Zoran Qayiçin də “Rabitə” ilə ilk məğlubiyyəti kimi tarixə düşüb. O, bu arzuolunmaz oyununu 9-cu görüşündə şahidlik edib. Bundan öncə isə serbiyalı mütəxəssis klublararası dünya çempionatında 4, Çempionlar Liqasında 2 və Azərbaycan Super Liqasında 2 qələbəyə sevinmişdi.

0
0