Bakılıların kapitanı “yuva”da qaldı - FOTO
03.07.2012 - 13:57
Bakılıların kapitanı “yuva”da qaldı - FOTO
“Lokomotiv” daha bir voleybolçu ilə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə iddiasını daha da artıran “dəmiryolçular” ötən ilki heyətdən Vera Klimoviçlə Olqa Palçevskaya (hər ikisi Belarus), Aleksandra Samoylova (Rusiya) və Mariya Filipovanın (Bolqarıstan) ardınca Diana Nenova ilə də razılığa gəliblər.

Bolqarıstanlı toppaylayıcı artıq müqaviləyə imza atıb. Klubun kapitanı növbəti 1 ildə də “Lokomotiv”in şərəfini qoruyacaq.

Nenova 2010/2011 mövsümündən Azərbaycanda çıxış edir. O, “Lokomotiv”ə ötən ilə “Rabitə”dən transfer olunmuşdu.

Qeyd edək ki, Maqdelina Saad (Polşa), Ju Kosta (Braziliya), Lesia Braunun (Yamayka) və Mixaela Monzoni (Çexiya) isə Çempionlar Liqasında oynayacaq “dəmiryolçular”ın yeni transferləridir.
0