Yığmamızın Avropa çempionatında oyunları - TƏQVİM
08.07.2012 - 11:00
Yığmamızın Avropa çempionatında oyunları - TƏQVİM
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilk dövrəsindəki oyunlarının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Finlandiyada baş tutacaq matçlarda Faiq Qarayevin yetirmələri I turda Avstriya yığması ilə qarşılaşacaq.

Bir gün sonra Belarus voleybolçularını sınağa çəkəcək komandamız üçüncü oyun günündə ev sahibləri ilə münasibətinə aydınlıq gətirəcək.

7 sentyabr
20:00. Azərbaycan – Avstriya
22:30. Finlandiya – Belarus

8 sentyabr
18:00. Azərbaycan – Belarus
21:00. Avstriya - Finlandiya

9 sentyabr
17:00. Belarus – Avstriya
20:00. Azərbaycan – Finlandiya

Qeyd edək ki, II dövrənin oyunları 13-16 sentyabrda Azərbaycanda keçiriləcək. Bu matçların təqvimi isə hələ dəqiqləşməyib.
0