Braziliyalı dünya çempionu Bakıda oynayacaq
08.07.2012 - 13:02
Braziliyalı dünya çempionu Bakıda oynayacaq
“Lokomotiv” növbəti transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında debüt edəcək Bakı təmsilçisi daha bir braziliyalı – Mari Helen Pedra Mendeslə razılığa gəlib.

28 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. 179 sm boya malik Mari Rumınyanın “Dinamo-Romrest” klubundan transfer olunub. 20 yaşa kimi voleybolçular arasında Braziliya millisi dünya çempionu olan “Lokomotiv”in yeni transferi vətənində “Pinheyros” (2004-2005), “Brasil Telekom” (2005-2006), “Minas” (2006-2007), “Sao Bernardo” (2010-2011) Koreyada “Pink Spiders” və İtaliyada “Roma” (2008-2010) klublarının da şərəfini qoruyub.

Braziliyanın əsas millisində oynamayan Mendes ingilis və ispan dillərini bilir.

Qeyd edək ki, “dəmiryolçular” Maridən öncə Maqdelina Saad (Polşa), Ju Kosta (Braziliya), Lesia Braunun (Yamayka), Korina Suşke (Almaniya), Aneta Havlikova, Mixaela Monzoni (hər ikisi Çexiya), Vera Klimoviç, Olqa Palçevskaya (hər ikisi Belarus), Aleksandra Samoylova (Rusiya), Mariya Filipova və Diana Nenova (hər ikisi Bolqarıstan) ilə müqavilə bağlayıblar.