Azərbaycanda çıxış edəcək oyunçu Avropanın ən yaxşısı seçildi - FOTO
08.07.2012 - 13:25
Qadın voleybolçular arasında Avropa Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın finalında Bolqarıstan və Çexiya yığmaları qarşılaşıblar.
Oyun “Rabitə”nin yeni baş məşqçisi Marçello Abbondanzanın yetirmələri üçün məğlubiyyətlə başa çatıb və çexlər 3:0 hesablı qələbəyə sevinib.
Üçüncü yer uğrunda qarşılaşmada isə Serbiya voleybolçuları Hollandiya millisinə 3:1 hesabı ilə qalib gəlib. Yekunda “Lokomotiv”in yeni transferi Aneta Havlikova çempion olmaqla yanaşı, turnirin ən dəyərli voleybolçusu seçilib. “Rabitə” ilə Azərbaycan çempionu olan bolqarıstanlı Dobriana Rabadjiyeva topu oyuna ən yaxşı daxil edən, hollandiyalı Karolina Vensink ən yaxşı blokçu nominasiyasında birinci olub.

0
0