Natalya Məmmədova üçün “Omiçka”da xüsusi plan
09.07.2012 - 13:00
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın yeni klubu “Omiçka”nın heyətinə qatılacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi iyulun 30-da istirahəti başa vuraraq, yeni mövsümə hazırlıq üçün doğma şəhərdə bir araya gəlməyi planlaşdırır.
Belə ki, ilk olaraq, klubun düşərgəsinə Tatyana Belkova gəlib. Digər voleybolçular yaxın günlərdə fiziki çalışmalara qatılacaqlar. Məmmədovanın hücumçu olduğunu nəzərə alsaq, klubun serbiyalı baş məşqçisi Zoran Terziç bu mövqedə oynayanlar üçün xüsusi plan tərtib edib. Onların proqramında trenajor zalında ümumi fiziki hazırlıq üzrə məşğələlər də yer alıb.
Qeyd edək ki, Məmmədova “Rabitə” ilə Azərbaycan və dünya çempionu olduqdan sonra növbəti dəfə Rusiyaya üz tutub.

0
0