“Bakı”da növbəti itki: Biri də getdi - FOTO
10.07.2012 - 09:39
“Bakı” daha bir ulduz voleybolçusunu itirib. Apasport.az saytının məlumatına görə, son mövsümündə paytaxt eyni adlı təmsilçisi ilə “Çelenc Cup”ın gümüş, Super Liqanın bürünc medalını qazanan Renata Kolombo (Renatinya) karyerasını Azərbaycanda davam etdirməməyə qərar verib.
Belə ki, yeni voleybol ili üçün passivlik nümayiş etdirən “Bakı”nın voleybolçuya müqavilə təklif etməməsi Renatinyanın vətəni Braziliyaya üz tutması ilə nəticələnib. O, yerli “Sao Bernardo” ilə razılığa gəlib və 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, hələ heç 1 voleybolçu ilə anlaşmayan “Bakı” Kolombodan öncə İtaliya millisinin üzvü Rafaella Kalloni, onun həmyerlisi, məşqçi Marko Qasparı və Hollandiya millisinin voleybolçusu Quinta Stenbergeni itirib. Onlardan ilk ikisi vətənlərində “Konegliano”, sonuncu isə Almaniyanın “Şviriner” komandası ilə müqavilə imzalayıblar.

0
0