Dünya çempionatında ilk “3-lük”dən kənarda
11.07.2012 - 12:12
Dünya çempionatında ilk “3-lük”dən kənarda
Sürətli şahmatın ardınca blits üzrə dünya çempionatına da yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan Azərbaycan milli komandasının qrossmeysterləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov yenə ilk “3-lük”dən kənar qalıblar.

Belə ki, mundialı 17 xalla başa vuran Rəcəbov 6-cı yeri tutub. Məmmədyarov komanda yoldaşından 4 xal az toplayıb və 9-cu pillədə qərarlaşıb.

Mundialın qalibi adını isə rusiyalı Aleksnadr Qrişuk (20 xal) qazanıb.

Qeyd edək ki, sürətli şahmat yarışında Məmmədyarov 4-cü, Rəcəbov 9-cu olmuşdu.
0