Natalya Məmmədova üçün “Proton”
11.07.2012 - 18:57
Natalya Məmmədova üçün “Proton”
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”nın Rusiya Superliqasında oyunlarının təqvimi məlum olub. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi mövsümə oktyabrın 11-də Saratovun “Proton” klubu ilə ev matçı ilə başlayacaq.

Təsdiqlənən əsasnaməyə görə mövsüm 7 ay davam edəcək və mayın 15-də yekunlaşacaq. Aprelin 5-nə kimi davam edəcək ilkin mərhələdə “Omiçka” 11 klubla 2 dövrədə mübarizə aparacaq. Bundan sonra start götürəcək pley-off mərhələsinə ən yaxşı 8 klub yüksələcək. 1/4 finalda klublar bir-biri ilə 2, yarımfinal və finalda 3 qələbəyə kimi oynayacaq. 9-12-ci yerləri tutacaq komandalar isə Superliqada qalmaq uğrunda 2 turda mübarizə aparacaq.

Qeyd edək ki, Superliqada 6-cı mövsümdür qüvvəsini sınayacaq Məmmədovanın komandasının ən yaxşı göstəricisi 2007 və 2012-ci illərdə 4-cü yeri tutması olub.