“Azərbaycana iddialı yollanıram” - FOTO
12.07.2012 - 11:05
“Azərbaycana iddialı yollanıram” - FOTO
“Azərbaycana iddialı yollanıram. Orada ən yüksək məqsədlərə çatmaq üçün oynayacağam”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in yeni transferi Maqdalina Saad deyib.

27 yaşlı Polşa millisinin liberosu Bakı klubunu seçməsinə münasibət bildirib. Onun sözlərinə görə, bir neçə klubun diqqət mərkəzinə düşsə də, “dəmiryolçular”la 1 illik müqavilə bağlamağı üstün tutub: “Bu mənim üçün ən yaxşı variantlardan biri idi. Bir çox klublarla danışığımız olmuşdu. Hər bir idmançı üçün ölkə xaricində oynamaq gözəl arzudur. Mənim də bu istəyim belə reallaşdı. Əsas planlarımızı hazırlığa başladığımız zaman müəyyənləşdirəcəyik. Ümid edirəm ki, “Lokomotiv”lə daha yüksək uğurlar qazanacağam”.

Qeyd edək ki, Saadla “Azərreyl” də maraqlanıb.