“Rabitə”nin son 2 sınağı
09.10.2012 - 14:56
“Rabitə”nin son 2 sınağı
Azərbaycan Superliqasının qalibi olan qadın voleybolçulardan ibarət “Rabitə” komandası Qətərdə iştirak edəcəyi klublararası dünya çempionatına hazırlıq öncəsi 2 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, italiyalı Marçelo Abondanzanın çalışdırdığı komanda bu gün “Bakı-Azəryolservis”, sabah “Azərreyl”lə oynayacaq.
“Rabitə”nin Superliqada rəqibləri ilə matçlarının hər ikisi eyni vaxtda – saat 16:30-da başlayacaq. Çempion məşqlərini başa vurub, oktyabrın 11-də səfərə çıxacaq.