Əfsanə “apasport”a danışdı: Bu, əlavə ruh yüksəkliyidir
10.10.2012 - 23:04
“Məşqlərə gec qoşulsam da, uyğunlaşma prosessi uğurla gedir. Komandamız İstanbuldakı turnirlə müqayisədə indi bir-birini daha yaxşı başa düşür”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə”nin voleybolçusu Angelina Qrün deyib.
Azərbaycan mətbuatında ilk müsahibəsini saytımıza verən dünya voleybolunun canlı əfsanəsi “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini açıqlayıb.
O bildirib ki, Dohada keçiriləcək mundial öncəsi “dəmiryolçular”a qalib gəlmələri onlara əlavə ruh yüksəkliyi verib: “Artıq Azərbaycan və ölkə çempionatında mübarizə aparacaq klublar barədə lazımı məlumatlar toplamışam. “Azərreyl”in əzəli rəqibimiz olduğunu da yaxşı bilirəm. Bunun üçün də oyun kifayət qədər gərgin alındı. Lakin sonda qalib tərəf “Rabitə” oldu. Bu, yerinə düşdü. Dünya çempionatına əzəli rəqibimiz üzərində qələbə ilə yollanmağımız bizə əlavə ruh yüksəkliyidir”.
Azərbaycan klublarının güclü olduğunu deyən Qrün bunun Super Liqaya əlavə güc qatacağı qənaətindədir: “İnanıram ki, Super Liqa çox gərgin keçəcək. Çünki tək “Azərreyl” deyil, “Lokomotiv”, “Bakı-Azəryol”, “İqtisadçı” və digər komandalarınız da kifayət qədər güclüdür”.
Qeyd edək ki, klub və yığma səviyyəsində bir çox uğurlara imza atan Almaniya millisinin üzvü Angelina “Rabitə”nin heyətində ilk dəfə klublararası dünya çempionatına qatılacaq.

0
0